Çetin Erol: Gələcəkdə Azərbaycan səhiyyəsi daha böyük uğurlar əldə edəcəkdir

Biz Azərbaycanın inkişafına daim sevinirik.

Bunu “2-ci Bakı Ürək Günləri” beynəlxalq konqresinin iştirakçısı, Türk Dünyası Kardiologiya Birliyinin sədri Çetin Erol AZƏRTAC-a müsahibəsində demişdir.

Qonaq vurğulamışdır ki, Azərbaycanla Türkiyə arasında kardiologiya sahəsində sıx əməkdaşlığımız vardır. “2-ci Bakı Ürək Günləri” beynəlxalq konqresində Türkiyə 100 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Bu konqresdə dünyanın tanınmış kardioloqları iştirak edirlər. Deməli, Azərbaycanda kardiologiya sahəsində xeyli inkişaf vardır. Əminəm ki, gələcəkdə Azərbaycan səhiyyəsi daha böyük uğurlar əldə edəcəkdir. Konqresdə ürək-damar xəstəliklərinin diaqnozu, müalicəsində tətbiq olunan yeniliklər, bu sahədə mövcud problemlər müzakirə olunur. Əlbəttə, bu tədbir təcrübə mübadiləsi aparmaq baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, müxtəlif ölkələrin mütəxəssisləri ilə əməkdaşlıq yaratmağa da şərait yaradır.

Share This: